
Klublararası dünya çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, G qrupunda “Mançester Siti” 2:0 hesabı ilə Mərakeşin “Vidad” klubuna qalib gəlib.
Oyunda hesabı ikinci dəqiqədə Filip Foden açıb, 42-ci dəqiqədə "şəhərlilər"dən Jeremi Doku fəqlənib.
Qarşılaşmanın 88-ci dəqiqədə “Mançester Siti”nin müdafiəçisi Riko Lyuis meydandan qovulub.
Qrupda keçiriləcək ilk turun digər oyununda iyunun 19-da Bakı vaxtı ilə saat 05:00-də "Əl-Ayn"la (BƏƏ) "Yuventus" (İtaliya) qarşılaşacaq.