
İngiltərə Premyer Liqasının təmsilçisi “Mançester Yunayted” klubu “Aston Villa”nın 33 yaşlı qapıçısı Emiliano Martinesi transfer etməyə yaxındır.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist və insayder Ben Ceykobs məlumat yayıb.
Mənbənin məlumatına görə, klub onun üçün 47 milyon avro ödəyə bilər. Martines özü də “qırmızı şeytanlar”a keçməkdə maraqlı olduğunu bildirib. Hazırda danışıqlar ilkin mərhələdədir.
Birmingem təmsilçisi argentinalının istəyinin yerinə yetirilə biləcəyini istisna etmir. Bununla belə, “Mançester Yunayted”in hələ də Andre Onananın əvəzləyicisi ilə bağlı qəti qərar vermədiyi vurğulanır.
Transfermarkt-ın məlumatına əsasən, onun bazar dəyəri 20 milyon avrodur.
Qeyd edək ki, Emiliano Martines 2020-ci ilin payızında “Arsenal”dan “Aston Villa”ya keçib. O, ötən mövsüm bütün turnirlərdə 53 oyuna çıxıb və onlardan 16-da qapısını toxunulmaz saxlayıb, ümumilikdə bu dövrdə 61 top buraxıb. Futbolçunun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.