
Bu gün ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatının qrup mərhələsində II tura start veriləcək.
Sportnet.az xəbər verir ki, turun ilk oyunu A qrupunda Braziliyanın "Palmeyras" klubu ilə Misir təmsilçisi "Əl-Əhli" arasında baş tutacaq.
"Midoulends" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Eyni qrupda yerli "İnter Mayami" isə Portuqaliyanın "Portu" komandası ilə üz-üzə gələcək.
"Mersedes Benz" arenasında oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
UEFA Çempionlar Liqasının son qalibi PSJ (Fransa) B qrupunda Braziliyanın "Botafoqo" klubu ilə qarşılaşacaq. Bu qrupun digər oyunu "Sietl Saunders" (ABŞ) və "Atletiko Madrid" (İspaniya) komandaları arasında təşkil olacaq.
FIFA Klublararası Dünya Çempionatı
II tur
19 iyun
A qrupu
20:00 "Palmeyras" (Braziliya) - "Əl-Əhli" (Misir)
23:00 "İnter Mayami" (ABŞ) - "Portu" (Portuqaliya)
Xal durumu: "Əl-Əhli" - 1, "Portu" - 1, "Palmeyras" - 1, "İnter Mayami" - 1.
B qrupu
02:00 "Sietl Saunders" (ABŞ) - "Atletiko Madrid" (İspaniya)
05:00 PSJ (Fransa) - "Botafoqo" (Braziliya)
Xal durumu: PSJ - 3, "Botafoqo" - 3, "Sietl Saunders" - 0, "Atletiko Madrid" - 0.