
Məşhur model Fati Vaskes İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamalla münasibəti barədə açıqlama yayıb.
Sportnet.az xəbər verir ki, ispan model bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb.
"Mətbuatda tənqid olunuram, amma haqsızlıqdır. Əvvəla, mənim 30 yox, 29 yaşım var. Pis bir iş görməmişəm və heç kimə pislik etməmişəm. Amma bu vəziyyət mənim ailəmə təsir edib və belə davam etməsini istəmirəm. Məni hədələyirlər, pedofil deyirlər. Bu, hədindən artıqdır. Bir kişi sevgilisindən böyük olduqda, bu normal sayılır və heç kim heç nə demir. Ancaq bir qız oğlandan böyük olduqda, dərhal problemə çevrilir! Yamalla cəmi bir neçə gün keçirdim və bu qədər. Qalmaqalı daha da böyütməmək üçün bu barədə daha heç nə deməyəcəyəm. Buna ehtiyac yoxdur", - deyə Vaskes bildirib.
Qeyd edək ki, Lamin Yamalın hazırda 17 yaşı var. O, İspaniya millisinin də üzvüdür.