
Futbol üzrə Avropa Liqasında Azərbaycan təmsilçisi "Sabah" və Sloveniyanın "Tsele" komandaları arasında keçiriləcək I təsnifat mərhələsinin hər iki oyunun yeri və başlama saatı açıqlanıb.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 10-da Əlincə stadionunda ("Bank Respublika Arena") təşkil olunacaq ilk matç saat 20:00-da başlanacaq.
Cavab görüşü isə iyulun 17-də olacaq. Tsele stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.