
UEFA 2024/2025 mövsümündə UEFA Avropa Liqasının Liqa mərhələsində iştirakına görə “Qarabağ” klubuna 753 min 608 avro ayırıb.
Sportnet.az xəbər verir ki, maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Qeyd edək ki, "Qarabağ" ötən mövsüm Avropa Liqasının Liqa mərhələsində 8 oyun keçirib. Azərbaycan təmsilçisi 1 görüşdən qələbə, 7 matçdan məğlubiyyətlə ayrılıb.