
Məşhur Transfermarkt portalı dünyanın ən bahalı futbolçularından ibarət yığmanı təqdim edib.
Sportnet.az xəbər verir ki, rəmzi komandada ən bahalı oyunçu İspaniya "Barselona"sının 17 yaşlı vingeri Lamin Yamaldır.
Onun 200 milyon avro qiyməti var.
"11-liy"ə düşən futbolçulardan 4-ü "Real Madrid"i, 3-ü "Barselona"nı təmsil edir:
Qapıçı: Dioqu Koşta ("Portu", Portuqaliya) - 40 milyon avro
Müdafiəçilər: Pau Kubarsi ("Barselona", İspaniya), Alessandro Bastoni ("İnter", İspaniya), Vilyam Saliba ("Arsenal, İngiltərə) - hamısı 80 milyon avro
Yarımmüdafiəçilər: Federiko Valverde ("Real Madrid", İspaniya) - 130 milyon avro, Pedri ("Barselona", İspaniya) - 140 milyon avro, Cud Bellingem ("Real Madrid", İspaniya) - 180 milyon avro, Lamin Yamal ("Barselona", İspaniya) — 200 milyon avro, Vinisius Junior ("Real Madrid", İspaniya) — 170 milyon avro
Hücumçular: Kilian Mbappe ("Real Madrid", İspaniya), Erlinq Holann ("Mançester Siti", İngiltərə) — hər ikisi 180 milyon avro.