
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Cud Bellingem FIFA Klublarası Dünya Çempionatından sonra çiynindən əməliyyat olunacaq.
Sportnet.az ESPN nəşrinə istinadən xəbər verir ki, bu barədə 22 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib.
“Hazırda hər şey qaydasındadır, ağrı əvvəlki kimi güclü deyil. Klublararası dünya çempionatının finalından bir neçə gün sonra əməliyyatım planlaşdırılıb. Buna görə şadam. Bu vəziyyət uzun müddətdir davam edir.
Çiyin üçün xüsusi korset geyinirdim və artıq səbrim tükənib. Həkimlər və tibbi heyət əla iş gördülər, amma mən artıq bu narahatlıqdan azad olmaq istəyirəm”, – deyə Bellingem qeyd edib.
Qeyd edək ki, Cud Bellingem “Real Madrid”ə 2023-cü ildə Almaniyanın “Borissiya Dortmund” klubundan transfer olunub.