
”Sabah” klubu futbolçusu Rəhman Daşdəmirovla yeni müqavilə bağlayıb.
Sportnet.az "bayquşlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə yeni anlaşmanın müddəti 2 ildir.
Azərbaycan millisinin də üzvü olan Daşdəmirov 2023-cü ildən “Sabah”ın uğurları üçün çalışır.