
Alessio Lişi rəsmən İspaniyanın "Osasuna" klubunun baş məşqçisi təyin olunub.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
39 yaşlı mütəxəssislə imzalanan müqavilə 2027-ci il iyunun 30-na kimi nəzərdə tutulub. Lişi komandada bir ildən az - 2024-cü ilin iyul ayından çalışmış Visente Morenonu əvəzləyib.
İtaliyalı Lişi əvvəllər Sequnda təmsilçisi "Mirandes"in baş məşqçisi olub.
Qeyd edək ki, “Osasuna” son mövsümü İspaniya La Liqasında 52 xalla 9-cu sırada bitirib.