
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu baş məşqçi Stefano Pioli ilə yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Piolinin İtaliya təmsilçisi "Fiorentina"ya rəhbərlik edəcəyi bildirilir. Onun ilk transfer hədəfi isə Türkiyə "Fənərbağça"sından ayrılan Edin Cekodur.
Qeyd edək ki, "Əl-Nəsr" Stefano Piolinin rəhbərliyi altında Səudiyyə Ərəbistanı çempionatında 3-cü yeri tutub. Komandada Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu da çıxış edir.