
ABŞ-da təşkil olunan klublararası dünya çempionatında daha 4 görüş keçiriləcək.
Sportnet.az xəbər verir ki, əvvəlcə F qrupunda, daha sonra E qrupunda son turun qarşılaşmaları oynanılacaq.
Bu gün Bakı vaxtı ilə saat 23:00-da Almaniyanın "Borussiya" (Dortmund) komandası Cənubi Koreya "Ulsan"ını, CAR-ın "Mamelodi Sandaunz" klubu isə Braziliya "Fluminense"sini sınağa çəkəcək. İlk 2 turdan sonra "Fluminense" və "Borussiya" F qrupunda hərəyə 4 xalla ilk 2 yeri tutur. "Mamelodi Sandaunz" 3 xalla 3-cü, xalsın "Ulsan" isə sonuncu yerdə gedir.
Gecə saat 05:00-da isə İtaliya "İnter"i Argentina "River Pleyt"i, Yaponiyanın "Urava Red Daymonds" kollektivi isə Meksika "Monterrey"i ilə qarşılaşacaq. Hazırda "River Pleyt" və "İnter" 4 xalla E qrupunda ilk 2 yeri, "Monterrey"lə "Urava Red Daymonds" 2 xalla son 2 yeri bölüşür.
Qruplarda ilk 2 yeri tutanlar bir-biriləri ilə çarpaz üsulla 1/8 finalda üz-üzə gələcəklər.
Hələlik bu komandalardan heç biri növbəti mərhələyə vəsiqəni təmin etməyib.
İlk 4 qrupda başa çatmış III tur oyunlarından sonra 1/8 final cütlərindən yarısının tərkibi müəyyənləşib:
28 iyun
20:00. "Palmeyras" (Braziliya) - "Botafoqo" (Braziliya)
00:00. "Benfika" (Portuqaliya) - "Çelsi" (İngiltərə)
29 iyun
20:00. PSJ (Fransa) - "İnter Mayami" (ABŞ)
00:00. "Flamenqo" (Braziliya) - "Bavariya" (Almaniya).