FIFA Klublararası Dünya Çempionatının qrup mərhələsində İtaliya “İnter”inin Argentina "River Pleyt”inə 2:0 hesabı ilə qalib gəldiyi matçdan sonra insident baş verib.

 

Sportnet.az xəbər verir ki, dava oyunun son dəqiqələrində hər iki komandanın futbolçuları arasında düşüb.

 

Hadisənin əsas qəhrəmanları “River Pleyt”in sol cinah müdafiəçisi Markos Akunya və “İnter”in sağ cinah müdafiəçisi Denzel Dümfris olub. Onlar matç ərzində dəfələrlə qarşıdurmaların mərkəzində olublar.

90+3-cü dəqiqədə “İnter”in ikinci qolundan dərhal sonra komandalar arasındakı gərginlik daha da artıb. “River Pleyt”in müdafiəçisi Qonsalo Montiel qırmızı vərəqə ilə meydandan qovulub, Akunya isə aqressiv davranışlarını davam etdirib.

 

Nəticədə o, Dümfrislə əlbəyaxa dava edib. Komanda yoldaşları araya girərək onları ayırmağa çalışıblar, bu zaman digər futbolçular da bir-birilərini itələyib. Dava-dalaşdan sonra Dümfris tribunalardan atılan yad əşyaların müşayiəti ilə paltardəyişmə otağına qaçıb.