
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ilə müqaviləni daha 2 il uzatdıqdan sonra alacağı əmək haqqının məbləği müəyyənləşib.
Sportnet.az jurnalist Tankredi Palmerinin informasiyasına istinadən xəbər verir ki, 40 yaşlı hücumçu ildə 263 milyon avro qazanacaq.
Bu məbləğ futbol üçün rekord sayılır. Daha əvvəl "Marca" məbləğin illik 183 milyon avro olduğunu yazıb.
"Əl İttihad"ın hücumçusu Kərim Benzema və ABŞ-ın "İnter Mayami" klubunun forvardı Lionel Messi hərəyə 200 milyon avro alırlar.
İlk "5-liy"ə müvafiq olaraq, illik 77,5 milyon avro və 41 milyon avro maaşla Kilian Mbappe ("Real Madrid, İspaniya) və Sadio Mane ("Əl Nəsr") də daxildir.
Qeyd edək ki, Kriştianu Ronaldu 2023-cü ilin yanvarında "Əl Nəsr"ə keçib. O, 105 oyunda 93 qol və 19 məhsuldar ötürmə müəllifi olub.