
Rud van Nistelroy İngiltərə "Lester"inin baş məşqçi postunu tərk edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Niderlandlı veteran futbolçu komandaya 2024-cü ilin dekabrında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında "tülkülər" 27 oyundan 5 qələbə, 3 heç-heçə və 19 məğlubiyyətlə ayrılıb. Nəticədə "Lester" İngiltərə Premyer Liqasında 18-ci yeri tutaraq, Çempionşipə yuvarlanıb.