
Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti futbolçusu Neymardan danışıb.
Sportnet.az xəbər verir ki, mütəxəssis 33 yaşlı hücumçunu 026-cı il dünya çempionatında komandanın mərkəzi fiquruna çevirməyi planlaşdırdığını bildirib:
"Bəli, mən onunla danışdım. Neymar komandamız və dünya çempionatı üçün çox vacib oyunçudur. O, özünü hazırlamalıdır və bunun üçün vaxtı var. Neymarı Braziliyanın necə əsas oyunçuya çevirəcəyimiz barədə dəqiq təsəvvürümüz var".
Xatırladaq ki, Neymar son vaxtlar tez-tez aldığı zədələr səbəbindən performansını stabilləşdirə bilmir.