
İspaniya millisinin və "Barselona"nın futbolçusu Lamin Yamalın ikinci fərdi buts modelinin fotoları yayımlanıb.
Sportnet.az xəbər verir ki, 18 yaşlı futbolçunun butslarının dizaynında 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatı üçün buraxılan “Battle Pack” kolleksiyasına istinad olunub.
Butsların arxa hissəsində Yamalın loqosu — LY304 yerləşəcək. Bu loqo futbolçunun ad və soyadının baş hərfləri ilə yanaşı, onun doğulduğu Mataro şəhərinin Rokafonda rayonunun poçt indeksinin son üç rəqəmini – 304-ü ifadə edir.