
İngiltərə millisinin sabiq futbolçusu Dominik Kalvert-Lüin 9 ildir çıxış etdiyi “Everton” klubundan ayrılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə 28 yaşlı hücumçu sosial şəbəkə hesabında açıqlama verib.
“Bu klubda keçirdiyim möhtəşəm 9 ildən sonra ailəmlə birlikdə karyeramda yeni bir səhifə açmaq qərarını vermək çox çətin oldu. “Everton” 19 yaşımda mənim evim oldu. Bu klub məndə potensial gördü, böyüməyim üçün şans və məni həm futbolçu, həm də insan kimi formalaşdırdı. İrəliləmək yalnız mənim deyil, ailəmlə birgə uzun müddət düşünərək verdiyimiz bir qərar idi. İnanırıq ki, indi yeni bir çağırış axtarmaq və inkişafı davam etdirmək zamanıdır. Lakin bu, “Everton”la aramdakı əlaqəni kiçiltmir. Bu bağ hər zaman qalacaq”, – deyə o yazıb.
Xatırladaq ki, Dominik Kalvert-Lüin 2016-cı ildən çıxış etdiyi “Everton”da 239 Premyer Liqa matçına çıxıb. 2019/2020 2020/2021 mövsümlərində o, müvafiq olaraq, 15 və 21 qol vurub. Lakin son mövsümlər daimi zədələrlə müşayiət olunub. Nəticədə Kalver-Lüin 26 oyunda 3 qol vurub və səhhəti ilə əlaqədar 3 aydan çox oynamayıb.