
İtaliyanın “İnter” klubunun erməni yarımmüdafiəçisi Henrix Mxitaryan ABŞ-də keçirilən klublararası dünya çempionatında dava salıb.
Sportnet.az xəbər verir ki, 1/8 final mərhələsinin “Fluminense” ilə oyunu zamanı onun hərəkətlərindən sonra meydanda gərginlik yaşanıb.
Birinci hissənin sonunda “Fluminense”nin baş məşqçisi Renato Qauço meydandan çıxan topu Mxitaryandan uzaqlaşdırıb. Buna əsəbləşən erməni futbolçu məşqşini itələyib.
Həmin epizoddan sonra meydanda tərəflər arasında gərginlik yaşanıb. Hakim Qauçoya həmin hadisəyə görə sarı vərəqə verib.
Qeyd edək ki, hazırda davam edən oyunda Braziliya klubu 1:0 hesabı ilə öndədir.