
“Araz-Naxçıvan” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportnet.az Naxçıvan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi Hamidu Keyta ilə 2026-cı il mayın 31-dək müqavilə bağlanılıb.
31 yaşlı legioner ötən mövsümü Türkiyə “Konyaspor”unda keçirib. O, Azərbaycan Premyer Liqa klublarından “Zirə” və “Qarabağ”ın da formasını geyinib.
Futbolçu müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya klublarının heyətində də yer alıb.
Qeyd edək ki, buna qədər İssuf Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Kohen, Çarles Boli, Bruno Franko, Patrik Andrade, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.
Andrade də daha əvvəl "Qarabağ"da forma geyinib.