
ABŞ-də təşkil olunan klublararası dünya çempionatında bütün 1/4 finalçılar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 1/8 final qarşılaşmalarının ardından Avropanın 5, Cənubi Amerikanın 2, Asiyanın 1 klubu mərhələ adlayıb. Komandalardan 2-si Braziliya, 2-si Almaniya təmsilçiləridir.
1/4 finalda görüşəcəklər:
4 iyul
23:00. "Fluminense" (Braziliya) - "Əl Hilal" (Səudiyyə Ərəbistanı)
5 iyul
05:00. "Palmeyras" (Braziliya) - "Çelsi" (İngiltərə)
20:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya)
6 iyul
00:00. "Real Madrid" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.