
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ailəsinə məxsus holdinq şirkəti "Montsa" klubunu ABŞ-nin "Beckett Layne Ventures" fonduna satıb.
Sportnet.az-ın məlumatına görə, müqavilə ilkin mərhələdə klubun səhmlərinin 80 faizinin bu yayadək ötürülməsini nəzərdə tutur.
Qalan 20 faiz isə 2026-cı ilin iyununadək yeni sahibinə verilməlidir.
"Gazzetta dello Sport" yazır ki, müqavilə məbləği 30 milyon avrodur.
"Montsa" 2024/2025 mövsümündə A Seriyasında sonuncu yeri tutaraq, B Seriyasına enib.
Qeyd edək ki, Silvio Berluskoni 1986 - 2017-ci illərdə "Milan"ın da sahibi olub.