
İngiltərənin "Liverpul" klubunun və Portuqaliya millisinin futbolçusu Dioqu Jota avtomobil qəzasında ölüb.
Sportnet.az-ın məlumatına görə, hadisə İspaniyanın qərbindəki Samora bölgəsində baş verib.
Qəza zamanı 29 yaşlı oyunçunun qardaşı da həyatını itirib.
Qəzadan 10 gün əvvəl futbolçunun toyu olmuşdu.
Qeyd edək ki, 2020-ci ildən “Liverpul”un heyətində çıxış edən Dioqu Jota burada İngiltərə çempionu olub, ölkə kubokunu və Liqa Kubokunu qazanıb. O, Portuqaliya yığmasının heyətində UEFA Millətlər Liqasının iki dəfə qalibi olub. Bundan əvvəl Jota İngiltərənin “Vulverhempton”, İspaniyanın “Atletiko Madrid”, Portuqaliyanın “Portu” və “Pasuş di Ferreyra” klublarının da formasını geyinib.