
İngiltərənin “Liverpul” klubunun misirli futbolçusu Məhəmməd Salah tətilini vaxtından əvvəl yarımçıq saxlayaraq bu gün geri dönəcək.
Sportnet.az “Yallakora” nəşrinə istinadən xəbər verir ki, vingerin Yunanıstandan erkən qayıtmasının səbəbi komanda yoldaşı Dioqu Jotanın iyulun 3-də faciəvi şəkildə həlak olmasıdır.
Salah tətilini növbəti həftə başa vurmalı idi. Lakin 29 yaşlı Jota və onun qardaşının dünən avtoqəzada həyatını itirməsi planları dəyişib.
Qeyd edək ki, Dioqu Jota 2020-ci ildən “Liverpul”da çıxış edib. Bu müddətdə o, 182 oyunda 65 qol vurmuş və 26 məhsuldar ötürmə etmişdi. Klub rəhbərliyi Jotanın 20 nömrəli formasını əbədiləşdirmək qərarı verib.