
"Sabah" klubu ilə yollarını ayıran futbolçu Şakir Seyidov "Kəpəz"ə keçib.
Sportnet.az Gəncə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi ilə iki illik müqavilə imzalanıb.
Seyidov 2023/2024-cü illər mövsümündə də "Kəpəz"in şərəfini qoruyub. Həmin dövrdə "Sabah"dan icarəyə götürülmüş oyunçu komandada 28 matç kecirib və 1 qol vurub.