
ABŞ-də təşkil olunan klublararası dünya çempionatında sonuncu yarımfinalçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 1/4 final mərhələsinin son oyununda İspaniyanın “Real Madrid” klubu Almaniyanın “Borussiya Dortmund” klubunu 3:2 hesabı ilə məğlub edib.
Oyunda hesabı 10-cu dəqiqədə Qonzalo Qarsiya açıb. 20-ci dəqiqədə Fran Qarsiya fərqi 2 topa çatdırıb. 90+2-ci dəqiqədə Maksimilyan Beyer hesab arasında fərqi azaltsa da, 90+4-cü dəqiqədə Kilyan Mbappe "Real"ın üstünlüyünü yenidən 2 topa çatdırıb. 90+6-cı dəqiqədə Din Huysen qırmızı vərəqə alıb, 90+8-ci dəqiqədə penaltidən fərqlənən Seru Girassi isə oyunda son nöqtəni qoyub.
“Real Madrid”in yarımfinaldakı rəqibi Fransanın “Pari-Sen Jermen” (PSJ) klubu olacaq.