
Rusiya Gənclər Liqasında XXIII turun "Lokomotiv" - MOİK ounu kütləvi dava ilə yekunlaşıb.
Sportnet.az xəbər verir ki, dava iki komandanın futbolçuları arasında baş verib.
Sonradan meydana azarkeşlər də daxil olaraq, münaqişədə iştirak edib.
Aqressiv davranışlarına görə "Lokomotiv" və MOİK-in hərəyə 3 futbolçusu qırmızı vərəqə alıb. Habelə, MOİK-in 2 oyunçusu senzuradankənar təhqiramiz ifadələrə görə qovulublar.
Qeyd edək ki, Moskvada təşkil olunmuş oyun MOİK-in qələbəsi ilə yekunlaşıb - 2:1.