
İtaliyanın “Milan” klubunun və Fransa milli komandasının futbolçusu Teo Ernandes karyerasını Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunda davam etdirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Tərəflər transferlə bağlı yekun razılığa gəliblər. “Milan” 28 yaşlı sol cinah müdafiəçisinin keçidindən 25 milyon avro gəlir əldə edəcək.
Ernandes 2024/2025 mövsümündə İtaliya A Seriyasında 33 oyuna çıxaraq 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, bu yay “Əl Hilal” klubunun sükanı arxasına Simone İnzagi keçib. O, daha əvvəl İtaliyanın “İnter” klubunda baş məşqçi olub.