"Xəzər Lənkəran” Türkiyənin Kapadokya bölgəsində yeni mövsümün hazırlığını davam etdirir. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, toplanışın beşinci günündə də məşqlərini səhər və axşam olmaqla iki hissəyə bölüb. Fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin rəhbərliyi altında müxtəlif fiziki hərəkətləri və çalışmaları yerinə yetirən futbolçular axşam məşqində isə baş məşqçi Yunis Hüseynovun taktiki tapşırıqlarını yerinə yetirirlər.
Bu gün də daxil olmaqla qarşıdakı üc gündə komandanın düşərgəsinə dörd yeni futbolçunun getməsi gözlənilir. Qapıçı mövqeyi də daxil olmaqla yarımmüdafiəçi və hücumçu mövqeyini gücləndirmək üçün dəvət olunan futbolçular haqqında son qərarı baş məşqçi Yunis Hüseynov verəcək.
Bundan başqa, "Xəzər Lənkəran”ın toplanış müddətində ilk sınaqçı rəqibi artıq bəlli olub. Komanda iyulun 8-də Türkiyənin "Kayserispor” klubunun A2 komandası ilə qarşılaşacaq.