Almaniyanın "Adidas" brendi klublararası dünya çempionatında yarımfinal matçları və final oyunu üçün yeni topu təqdim edib.

 

Sportnet.az xəbər verir ki, şirkətin X sosial şəbəkəsində bununla bağlı paylaşım edilib.

 

Qeyd edək ki, bu gecə keçiriləcək ilk yarımfinal matçında Braziliyanın "Fluminense" və İngiltərənin "Çelsi" komandaları üz-üzə gələcək. Dogər yarımfinalda İspaniya "Real Madrid"i ilə Fransa PSJ-si qarşılaşacaq. Final oyunu isə iyulun 13-də olacaq. Hər 3 görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

Klublararası dünya çempionatı: Final oyununun topu təqdim olundu - FOTO