
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi yeni rekorda imza atıb.
Sportnet.az xəbər verir ki, argentinalı hücumçu MLS-in müntəzəm mövsümündə "Nyu-İnqlend Revolüşn"ı səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyunda dubl edib.
Messi 27-ci və 38-ci dəqiqələrdə fərqlənməyi bacarıb.
38 yaşlı futbolçu daha əvvəl “Monreal İmpakt” (4:1, 4:2) və “Kolumbus Krü” (5:1) klubları ilə görüşlərdə də dubl etməyi bacarıb.
Beləliklə, Messi MLS tarixində ardıcıl 4 matçda iki qol vuran ilk futbolçu olub.
Qeyd edək ki, "İnter Mayami" 35 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.