
“Çelsi”nin futbolçusu Noni Madueke İngiltərədə klubunu dəyişəcək.
Sportnet.az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 23 yaşlı cinah yarımmüdafiəçisi “Arsenal”a keçəcək.
“Topçular” ingiltərəli oyunçu üçün qarşı tərəfə 50 milyon funt sterlinq ödəyəcək.
Maduekenin yeni komandası ilə 5 illik müqavilə bağlayacağı bildirilir.
Qeyd edək ki, Noni Madueke 2023-cü ildən “Çelsi”də çıxış edir. O, son mövsüm ərzində meydana çıxdığı 41 oyunda 11 qol və 5 məhsuldar ötürmə müəllifi olub.