
İspaniyanın “Barselona” klubu bu gün yeni transferini açıqlayacaq.
Sportnet.az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Danimarkanın “Kopenhagen” komandasından Runi Bardaci ilə müqavilə bağlayacaq.
İsveçli oyunçunun artıq Barselona şəhərində olduğu bildirilir.
“Barselona” 20 yaşlı cinah yarımmüdafiəçisinin keçidinə görə qarşı tərəfə 2 milyon avro ödəyəcək.
Qeyd edək ki, Runi Bardaci “Kopenhagen”də keçirdiyi 84 oyunda 15 qol və bir məhsuldar ötürmə müəllifi olub. O, İsveçin U-21 yığmasının üzvüdür.