
Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kot d ivuarlı yarımmüdafiəçi Adriel D Avila Ba Lua “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.
29 yaşlı oyunçunun son klubu Polşa "Lex"i olub.
Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu, İsaak Amoah və Paulo Quimbilanı heyətinə qatıb.