
İspaniyanın “Real Madrid” klubu daha 2 futbolçu ilə vidalaşa bilər.
Sportnet.az “Cadena Ser”ə istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Xabi Alonso hücumçular Endrik və Qonsalo Qarsiya ilə yola davam etmək istəmir.
44 yaşlı mütəxəssis yeni mövsümdə hər iki oyunçuya güvənmir.
Xatırladaq ki, Xabi Alonso daha əvvəl yarımmüdafiəçilər Dani Sebalyos, Brahim Dias və Rodriqonun satışa çıxarılmasını istəyib.