
Zor
Sportnet.az xəbər verir ki, Kazanda baş tutan qarşılaşmada Moskvanın MOİK klubu “Krasnodar”ı 1:0 hesabı ilə məğlub edib.
Oyunun taleyini həll edən qolu 48-ci dəqiqədə müdafiəçisi İqor Diveyev vurub.
MOİK tarixində 8-ci dəfə bu kuboku qazanıb. Superkuboku ən şox “Zenit” (9 dəfə) əldə edib.
“Krasnodar” tarixində ikinci dəfə Superkubok matçına çıxıb. Komnada ötən il Sankt-Peterburq “Zenit”inə 2:4 hesabı ilə uduzub.
Qeyd edək ki, son Rusiya çempionatının qalibi olan “Krasnodar”ı Bakının “Sabah” klubunun sabiq baş məşqçisi Murad Musayev çalışdırır.