
Kriştianu Ronaldunun keçmiş dietoloqu Xose Blesa Rusiyanın MOİK klubunun futbolçularına mal əti yeməyi qadağan edib.
Sportnet.az xəbər verir ki, bu barədə TASS-a Moskva təmsilçisinin müdafiəçisi Danil Kruqovoy məlumat verib.
27 yaşlı oyunçu məşhur dietoloqla işləməyin çətin olduğunu söyləyib: "Ronaldunun keçmiş dietoloqu ilə işləmək yeni bir şeydir. Hələlik çox çətindir. O, hər şeyi, hətta əti də qadağan edir. Xüsusən də mal ətini. Mən indi bundan tamamilə imtina etməyə hazıram. Daha sonra nə olacağını bilmirəm. Amma yəqin ki, biz daha da güclənəcəyik və daha yaxşı olacağıq. Belə bir mütəxəssislə işləmək gözəldir".
Qeyd edək ki, Fabio Çelestini komandaya baş məşqçi təyin edildikdən sonra Xose Blesa MOİK-də işləməyə başlayıb.