
İspaniyanın "Barselona" klubu yeni transferini açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Danimarka "Kopenhagen"inin futbolçusu Runi Bardcini heyətinə qatıb.
20 yaşlı isveçli yarımmüdafiəçi yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Runi Bardci Danimarka Super Liqasının 2024/2025 mövsümündə 5 oyun keçirib. O, ölkə kubokunda da bir oyunda iştirak edib. "Transfermarkt" portalı Bardcinin bazar dəyərini 7,5 milyon avro olaraq qiymətləndirir.