İngiltərə yığmasının və "Liverpul"un sabiq futbolçusu Endi Kerroll ölkənin səviyyəcə 6-cı divizionunda çıxış edən "Dagenem end Redbric" klubu ilə müqavilə bağlayıb.

 

Sportnet.az xəbər verir ki, əvvəllər 3-cü liqada çıxış etmiş bu klubu bir müddət əvvəl Qətər konsorsiumu alıb.

 

36 yaşlı hücumçu isə ötən mövsüm Fransa "Bordo"sunun formasını geyinib. O, 23 oyunda 11 dəfə fərqlənib.

 

Kerroll bu qədər qolu "Liverpul"da çıxış etdiyi vaxt vurub. Təcrübəli forvardın millidə 9 görüşdə 2 qolu var.