
İngiltərənin "Lester Siti" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın sükanı arxasına Marti Sifuentes gətirilib.
43 yaşlı ispaniyalı mütəxəssislə üç illik müqavilə imzalanıb.
Sifuentes son olaraq İngiltərənin digər təmsilçisi QPR-in baş məşqçisi olub.
Qeyd edək ki, "Lester Siti" növbəti mövsüm Çempionşipdə mübarizə aparacaq. "Tülkülər" ötən mövsüm Premyer Liqada 25 xalla 18-ci olub.