
"İlk oyun istədiyimiz kimi başlamadı, amma yekunda geridönüş edə bildik".
Sportnet.az xəbər verir ki, bunu “Tsele”nin futbolçusu Franko Kovaçeviç UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”la cavab oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
26 yaşlı hücumçu Bakıdakı oyunda "dubl" etməsində komanda yoldaşlarının böyük pay sahibi olduqlarını söyləyib: "Mən sadəcə, son toxunuşu etdim. "Tsele"də özümü daha yaxşı hiss edirəm, komanda məni çox yaxşı qarşıladı. Bilirdim ki, tanış futbol mühitinə qayıdıram. Baş məşqçi oyun planını hazırlayan şəxsdir və biz onun tapşırıqlarını yaxşı yerinə yetirməyə çalışmalıyıq".
Qeyd edək ki, "Tsele" - "Sabah" matçı iyulun 17-də Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda təşkil olunmuş ilk oyun Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.