
Futbolda VAR-ın qaydalarına mümkün dəyişikliklər müəyyənləşib.
Sportnet.az "The Times"a istinadən xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) video köməkçi hakim sisteminin səlahiyyətlərini genişləndirə bilər.
VAR hakimlərinə ikinci sarı vərəqə və künc zərbələri ilə epizodlara müdaxilə etmək icazəsi verilməsi gündəmə gətirilib.
Bu dəyişikliklərlə bağlı müzakirələr artıq aparılıb, lakin təsdiqlənməsi 2026-cı ilin martında keçiriləcək IFAB-ın illik iclasında gözlənilir.
Qaydalara edilən istənilən dəyişiklik iyunun 1-dən, ABŞ, Meksika və Kanadada təşkil olunacaq dünya çempionatı başlamazdan əvvəl qüvvəyə minəcək.
Həmçinin penalti zərbələrinin qaydalarında da dəyişikliklər ola bilər. Qapıçı penaltini dəf edərsə, epizod tamamlanmış hesab olunacaq. Hücum edən tərəfə qayıdan topa zərbə vurmaq qadağan olunacaq