
UEFA Moldovanın "Şerif" və Niderlandın "Utrext" komandaları arasında Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununun separatçı Dnestryanı bölgəsindəki Tiraspol şəhərində keçirilməsinə icazə verməyib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma iyulun 24-də Nisporenı şəhərində eyniadlı stadionda təşkil olunacaq.
Niderland Xarici İşlər Nazirliyinin tövsiyələr sistemində Dnestryanı region üçün "qırmızı kod" göstərilib. Bu isə o deməkdir ki, Dnestryanı regionu yüksək riskli zona sayılır. Belə hallarda Niderland vətəndaşları, o cümlədən, idman komandaları və azarkeşlərinə regiona baş çəkmələri israrla məsləhət görülmür.
Habelə, sığorta şirkətləri mümkün riskləri qarşılamaqdan imtina edə bilərlər. Dövlət isə fövqəladə hal baş verdikdə, konsulluq və hüquqi dəstəyə zəmanət vermir.
Digər tərəfdən, Dnestryanıya Moldovanın nəzarəti altındakı ərazidən keçib "sarı kod" altındadır. Ora ehtiyat tədbirləri görüldükdə səfərlər etmək olar. Məhz bu səbəbdən, matç Moldova hakimiyyətinin nəzarəti altındakı əraziyə keçirilib.
"Şerif"in son illərdə üz-üzə gəldiyi klubların təmsil olunduğu dövlətlər üçün Dnestryanıya qarşı "qırmızı kod" olmayıb. Bu səbəbdən, matçlar ştat rejimində keçirilib.
Qeyd edək ki, "Utrext"lə ilk oyun iyulun 24-də olacaq. Cavab görüşü isə 31 iyula planlaşdırılıb.