
"Milan" heyətini yeni qapıçı ilə gücləndirib.
Sportne.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" "Fiorentina"dan ayrılan Pietro Terraççano ilə anlaşıb. 35 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Terraççano ötən mövsüm "Fiorentina"nın heyətində 10 matçda meydana çıxıb və qapısından 15 qol buraxıb. O, 2019-cu ildə "Empoli"dən "Milan"a keçmişdi.