"Zirə”nin təcrübəli futbolçusu Rəşad Abdullayev yeni mövsümə hazırlıqlarla bağlı fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan yarımmüdafiəçi həm meydanda, həm də ondan kənarda təcrübəsi ilə komandaya fayda verməyə çalışacağını bildirib.
O deyib: "Artıq 2 gündür məşqlərə başlamışıq. Komanda tam formalaşandan sonra daha da yaxşı olacaq. Məşqçilər gənclərlə təcrübəlilərdən ibarət güclü kollektiv yaratmaq niyyətindədir. Əsas komada olmaqdı və mən "Zirə”də bunu görürəm. Belə olanda nəticə də olur. Mən də çalışacam ki, təcrübəmlə həm meydanda, həm də meydandan kənarda komandama fayda verim”.