
“Real Madrid” qapıçısı Tibo Kurtua ilə müqaviləni yeniləyəcək.
Sportnet.az “Marca”ya istinadən xəbər verir ki, “kral klubu” belçikalı futbolçu ilə 2026-cı ilin yayında başa çatacaq sözləşməni uzatmaqla bağlı razılığa gəlib.
Mənbənin məlumatına görə, müqavilə heç bir şərt qoyulmadan uzadılacaq.
Qeyd edək ki, Tibo Kurtua 2018-ci ilin yayından “Real Madrid”də çıxış edir. O, ötən mövsümdə 53 matçda iştirak edib.