
İtaliya D Seriyasının "Sanremese" komandası əfsanəvi futbolçu Alessandro Del Pyeronun oğlu Tobias Del Pyeronu transfer edib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
17 yaşlı hücumameyilli yarımmüdafiəçi son olaraq "Empoli"nin şərəfini qoruyub.
Qeyd edək ki, iyulun əvvəlində "Sanremese" daha iki veteran futbolçu Cennaro Qattuzo və Yuri Corkayeffin oğullarını heyətinə cəlb etmişdi. Klub 20 yaşlı qapıçı Françesko Qattuzo və 28 yaşlı yarımmüdafiəçi Oan Corkayefflə müqavilə imzalayıb.