
İtaliyanın "Roma" klubu İngiltərənin "Brayton" komandasından Evan Ferqyusonu heyətinə qatıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "canavarlar" irlandiyalı hücumçunu bir illik icarəyə götürüb.
21 yaşlı oyunçunun müqaviləsinə satın alma hüququ daxildir. Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, Ferqyusonun satın alınması "Roma"ya 40 milyon avroya başa gələcək.
Qeyd edək ki, Evan Ferqyuson yeni komandasında "11" nömrə altında çıxış edəcək.