
İtaliya “Milan”ı futbolçusu Emerson Royalı satıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi vətəninin “Flamenqo” komandasına keçib.
26 yaşlı oyunçu yeni klubu ilə 3 illik müqavilə imzalayıb. “Rossoneri”lər bu satışdan 9 milyon avro gəlir əldə edib.
Qeyd edək ki, Emerson Royal 2024-cü ilin yayından “Milan”ın şərəfini qoruyurdu. O, ötən mövsüm 26 oyunda meydana çıxıb.