
Fransanın "Lill" klubu futbolçusu Benjamin Andre ilə müqaviləni yeniləyib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi kapitanla 3 illik sözləşmə imzalayıb.
35 yaşlı yarımmüdafiəçi 2019-cu ilin yayından "Lill"in şərəfini qoruyur.
Qeyd edək ki, Benjamin Andre ötən mövsüm meydana çıxdığı 45 oyunda 3 məhsuldar ötürmə müəllifi olub.